“Microsoft” “Coca-Cola” ilə əməkdaşlıq edəcək

“Microsoft” və “Coca-Cola” önümüzdəki dövrdə süni intellekt sahəsini əhatə edəcək böyük əməkdaşlığa girirlər.

İndex.az xəbər verir ki, müqavilə ilə bağlı məlumatda iki şirkət arasındakı ittifaqın 5 il müddətində qüvvədə olacağı və bir çox texnologiya sahəsini əhatə edəcəyi bildirilib.

Bu kontekstdə “Coca-Cola” “Microsoft”un bütün yeni nəsil süni intellekt imkanlarından faydalanacaq və şirkətin bulud hesablama xidmətləri vasitəsilə məlumat saxlama ehtiyaclarını qarşılayacaq.

Əməkdaşlığın “Coca-Cola”ya 1,1 milyard dollara başa gələcəyi bildirilsə də, şirkətin həm istehsal prosesində, həm də paylama sahəsində səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Bu razılaşma şirkətin səhm dəyərlərinə çox müsbət təsir edəcəyi gözlənilir. “Microsoft”un süni intellektli “Azure” və “Copilot” proqramları da tam şəkildə “Coca-Cola” üçün əlçatan olacaq.