Elektrikli avtomobillər İndoneziyada bir qəbiləni məhv edə bilər

İndoneziyada əsasən hələ də təmas qurula bilməyən qəbilə öz ərazisində elektrik avtomobil akkumulyatorları üçün nikel toplamaq məqsədi daşıyan böyük mədən layihəsinə görə yox olmaq təhlükəsi ilə üzləşib.

İndex.az xəbər verir ki, qəbilələrin hüquqlarını müdafiə edən “Survival” qeyri-hökumət təşkilatı “Meşə xalqı” mənasını verən Honqana Manyava adlanan Halmahera adasında yaşayan bu insan icmasını xilas etmək üçün yardım çağırışı edib.

Çağırış çoxmillətli mədən şirkətlərini və hökumətləri tənqid etməklə yanaşı, İlon Maskın “Tesla” və digər elektrik avtomobil istehsalçılarına da işarə edir.