“Akkord” bu şirkətdən 2.5 milyon manat tələb edir

Şirvan Apellyasiya Məhkəməsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ”İMARS” MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

İndex.az xəbər verir ki, hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qətnamə elan olunub.

Qətnaməyə əsasən, qarşılıqlı iddia apellyasiya şikayəti qismən təmin edilib, ilkin iddia apellyasiya şikayəti rədd olunub. Bundan başqa, birinci instansiya məhkəməsinin çıxardığı qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv olunub, həmin hissədə iddia qismən təmin edilib.

Qeyd: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ”İMARS” MMC-ni məhkəməyə verib.

Belə ki, ASC birinci instansiya məhkəməsinə müraciət edərək 2 511 730,91 manat pulun ödənilməsi barədə tələb irəli sürüb. İddia qismən təmin edilib. Məhkəmənin qərarına əsasən, MMC ”Akkord”a həmin məbləğdən yalnız 983 764,65 manat pul ödəməlidir.

Daha sonra ASC apellyasiya şikayəti verib.