Rusiya Ukraynaya rekord sayda pilotsuz təyyarə hücumu həyata keçirib

Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə axşamı bildirib ki, Rusiya bazar ertəsi günündən çərşənbə axşamına kimi Ukraynanın 17 bölgəsini hədəfə alan 188 pilotsuz uçan aparatı buraxıb.

İndex.az xəbər verir ki, bu hücum Rusiyanın bir hücumda atdığı pilotsuz uçuş aparatlarının (PUA) sayına görə rekorda imza atıb.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı gündəlik müraciətində deyib: “Bir gündə Ukraynaya qarşı 200-ə yaxın Rusiya pilotsuz təyyarəsi – bu, Rusiyanın ambisiyalarının real sülh ideyalarından tamamilə ayrıldığını göstərən 200-ə yaxın sübutdur”.

Zelenski dronların əksəriyyətinin vurulduğunu və ya sıradan çıxarıldığını, lakin bombardman nəticəsində çoxmənzilli binalara və milli elektrik şəbəkəsi kimi kritik infrastruktura zərər verdiyini söylədi. Zelenski əlavə edib ki, Ternopil bölgəsi hələ də böyük hücumların nəticələrini aradan qaldırmağa çalışır.