Rusiya bu il qaz hasilatını 11%-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Rusiyada qaz hasilatı ötən ilin iki qış ayı ilə müqayisədə 11.3% artaraq 110 mlrd. kubmetrə çatıb.

İndex.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatında bildirilir.

Məlumata görə, fevralda cari ilin yanvar ayı ilə müqayisədə bu göstərici 2.5% azalıb, ötən ilin fevral ayı ilə müqayisədə isə 16.3% artıb.

Qeyd olunur ki, cari ilin yanvar-fevral aylarında Rusiyada səmt qazı hasilatı illik müqayisədə 3.7% artaraq 17.9 mlrd. kubmetrə çatıb.