Qızıl və gümüş daha da bahalaşacaq – PROQNOZ

“Citi Research” ABŞ əmək bazarının pisləşməsini və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltmasını əsas gətirərək qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu artırıb.

İndex.az xəbər verir ki, “Citi” qızılın unsiya üzrə üç aylıq qiymət proqnozunu 2 min 700 dollardan 2 min 800 dollara yüksəldib.

“Citi” 6-12 aylıq proqnozunu isə 3 min dollar olaraq açıqlayıb.

Digər tərəfdən bank, gümüşün qiyməti ilə bağlı 6-12 aylıq proqnozunu bir unsiya üçün 38 dollardan 40 dollara yüksəldib.