Qızıl qiymətləri ucuzlaşmağa başlayıb

Ardıcıl olaraq üç gün bahalaşan qızıl qiymətləri bu gün ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, bu gün qızıl qiymətləri 0,3% ucuzlaşaraq bir unsiya üçün 2,188,71 dollar olub.

Bazarlar mərkəzi bankın inflyasiya göstəricisi üçün hazırlaşır.

Ehtimal olunur ki, açıqlanacaq məlumatlarda inflyasiya göstəriciləri yüksək olacaq.

Bu ssenari mərkəzi bank siyasətçilərinin 2024-cü ildə 3%-lik  endirimini həyata keçirmək planlarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.