Peskov: Ukrayna tərəfi enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir

Ukrayna tərəfi Rusiya və Ukrayna enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir.

İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təəssüf ki, hələlik Ukrayna tərəfindən qarşılıqlılıq yoxdur. Bizim enerji infrastrukturu obyektlərimizə zərbələr endirmək cəhdləri olub”, – D.Peskov qeyd edib.

O, bu zərbələrin Rusiya və ABŞ prezidentləri arasında əldə edilmiş razılaşmaları pozmaq cəhdi hesab edilib-edilməyəcəyinə aydınlıq gətirib: “Bu cür addımlar ümumi səylərə ziddir”.