“Netflix”in abunəçi sayı 5 milyondan çox artıb

“Netflix” bu ilin üçüncü rübü üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, “Netflix” bu ilin üçüncü rübündə 5 milyondan çox abunəçi qazanıb.

Müvafiq olaraq, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 9,8 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin gəliri 8,5 milyard dollar olaraq hesablanmışdı.

Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 41% artaraq 2,4 milyard dollara yüksəlib.

“Netflix”in xalis mənfəəti keçən ilin üçüncü rübündə 1,7 milyard dollar olub.