Çində “İphone” satışları kəskin artıb

Çində yeni “iPhone” modellərinə tələb kəskin artıb.

İndex.az xəbər verir ki, “Apple” Çində yeni “iPhone” modellərini satışa çıxardıqdan sonra ilk üç həftədə satışların həcmi 20% artıb.

“Counterpoint Research” məlumatlarına görə, sentyabr ayında buraxılan “iPhone 16” modelləri, “iPhone 15” modellərinə nəzərən daha yaxşı satış performansı göstərib.

İstehlakçılar isə daha bahalı modellərə marağ göstərir.

Belə ki, daha yüksək səviyyəli “Pro” və “Pro Max” modellərinin satışları keçən ilki ekvivalentlərlə müqayisədə 44% artıb.