Messi matç zamanı “TikTok”da canlı açacaq

Şübhəsiz ki, tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi çox maraqlı canlı yayım edəcək.

İndex.az xəbər verir ki, Messinin sinəsinə kamera taxılacaq və bu kamera ilə bütün matç “TikTok”da canlı yayımlanacaq.

ABŞ və Kanadanın ən yüksək peşəkar futbol liqası olan “Major League Soccer” (MLS) “Messicam” adlı qeyri-adi canlı yayım elan edib. “İnter Mayami”nin formasını geyinən Messi sinəsinə taxılan kamera ilə matç zamanı canlı yayımlanacaq.

26 oktyabr 2024-cü il tarixində saat 03.45-də keçiriləcək futbol matçını Messinin gözü ilə izləmək çox maraqlı olacaq. 37 yaşlı futbolçunun matç zamanı canlı yayımını “TikTok”da izləmək olar.

Artıq bir çox insanın maraqla gözlədiyi “Messicam” yayımı MLS-in rəsmi “TikTok” hesabında baş tutacaq. Canlı yayım starta beş dəqiqə qalmış başlayacaq.