
ABŞ NATO-da fəal rol oynamağa davam edəcək, Vaşinqton alyansın daha güclü olmasını istəyir.
İndex.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
“ABŞ həmişə NATO-da fəal rol oynayıb. Prezident Donald Tramp NATO-ya qarşı deyil, o, lazımi imkanlara malik olmayan alyansa qarşıdır”, – dövlət katibi bildirib.