“Jeju Air”in rəhbəri: Təyyarədə qəzadan əvvəl nasazlıq olmayıb

Cənubi Koreyanın “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin uçuşdan əvvəlki yoxlanışı zamanı mütəxəssislər heç bir problem aşkar etməyiblər.

İndex.az “Yonhap”a istinadən xəbər verir ki, bunu “Jeju Air” şirkətinin baş direktoru Kim İ Be bildirib.

“Təyyarədə nasazlıq əlamətləri yox idi”, – o qeyd edib.

Onun sözlərinə görə, mütəxəssislər qara qutulardakı məlumatları, o cümlədən təyyarə kapitanı ilə dispetçerlər arasındakı əlaqəni təhlil etməlidirlər: “Dövlət orqanları hadisənin səbəbini araşdırma çərçivəsində müəyyən etməlidir”.