Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirib.
İndex.az xəbər verir ki, tədbirdə Cəmiyyətin rəhbər şəxsləri, üzv şirkətlərin rəhbərləri və media nümayəndələri iştirak edib.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc iştirakçıları hər iki bayram münasibətilə təbrik edib, Cəmiyyətin 2024-cü ildəki fəaliyyəti və gələcək planları ilə bağlı qısa məlumat verib. V.Oruc cari ilin Azərbayca qiymətləndiriciləri üçün uğurlu keçdiyini qeyd edib. O, bildirib ki, Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması və AQC-nin bu istiqamətdə fəaliyyətləri həmin uğurun ana xəttini təşkil edib. V.Oruc eyni zamanda növbəti illərdə AQC-nin nəaliyyətlərinin daha da artacağını bildirib. O, həmçinin növbəti ildən rəhbəri olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) da fəaliyyətində yeniliklərin olacağını vurğulaylb.
Sədrin çıxışından sonra AQC-nin bu ilki fəaliyyətində aktiv iştirak və yaxından dəstəyə görə Cəmiyyətin bir sıra üzvlərinə və media nümayəndələrinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Daha sonra tədbir əyləncəli bayram proqramı ilə davam edib.