İrana qarşı ədalətsiz sanksiyalar yeni texnologiyalara, sənayenin modernləşdirilməsinə, maliyyə resurslarına və xarici investisiyalara çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
İndex.az xəbər verir ki, bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən İranın vitse-prezidenti Şina Ənsari deyib.
“İrana qarşı sanksiyalar tam aradan qaldırılmayana qədər COP Konvensiyasının prinsip və məqsədlərinə əməl olunmasını gözləmək məqsədəuyğun və ağlabatan deyil”, – o deyib.