Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) arasında Paris Sazişi çərçivəsində enerji planlaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
İndex.az xəbər verir ki, sənədə noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində imza atılıb.
Memorandumu energetika naziri Pərviz Şahbazov və IAEA-nın direktoru Rafael Qrossi imzalayıb.
Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu İAEA ilə nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqat və layihələrin Azərbaycanın nüvə enerjisi sahəsində gələcək addımlarını dəstəkləyəcək və enerji sisteminin şaxələndirilməsinə töhfə verəcək.