Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başladı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

İndex.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub”, – nazirlikdən bildirilib.