“General Motors” 449 mindən çox avtomobili geri çağıracaq

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” ABŞ-da 449 mindən çox avtomobili geri çağıracağını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi, “General Motors”un əyləc mayesinin işləməməsi xəbərdarlığı səbəbindən ABŞ-da 449 671 avtomobili geri çağıracağını açıqladı.