Deputat: “Dini qurumlara ayrılan vəsait əsasən dəyərlərimizin təbliğinə xərclənməlidir”

Dini qurumlara ayrılan vəsaitin daha çox dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğun olar.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, əvvəl qeyri-hökumət təşkilatlarının fəaliyyət sferası məhdud idi:

“İndi isə artıq onların fəaliyyət istiqaməti genişlənib. Xüsusilə, Ermənistanla mümkün sülh sazişindən sonra QHT-lərin aktiv fəaliyyətinə ehtiyac olacaq. Ona görə, onların indidən dəstəklənməsi lazımdır. Bu sahəyə 7,4 milyon manat vəsait ayrılıb”.