“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin növbəti ödənişinə başlanılır

Sabahdan ləğv prosesində olan “Dəmir Bank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlarının tələblərinin növbəti ödənişinə başlanılacaq.

İndex.az bu barədə bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, ödənişlə bağlı Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər.