“WhatsApp”ın yeni funksiyası xarici dil problemini aradan qaldıracaq

“WhatsApp” 2.25.12.25 beta versiyasında mesajların tərcüməsi funksiyasını sınaqdan keçirməyə başlayıb.

İndex.az xəbər verir ki, bu funksiya mesajları müxtəlif dillərə avtomatik tərcümə etməklə əsas problemi həll edəcək. Tərcümə prosesi serverlərdə deyil, cihazda baş verəcək.

Yeni funksiyanın skrinşotları da paylaşılıb. Bu şəkillər istifadəçilərə dil paketlərini endirməyə və mesajları birbaşa proqram daxilində tərcümə etməyə imkan verən yeni funksiyanı göstərir.

Əvvəlcə ispan, ərəb, portuqal, hindi və rus dilləri daxil edilib, lakin gələcəkdə dəstəklənən dillərin sayının artacağı gözlənilir. Bu dillərdən birini seçdikdən sonra dil paketini cihaza endirmək lazımdır.