Balinalar onlarla insanı mədələrinə sığdıra bilsələr də, niyə insanı uda bilmirlər?

Xatırlayırsınızsa, bu yaxınlarda ABŞ-da balina udmağa cəhd edən və sonra sağ qalmağı bacaran bir dalğıcın hekayəsini sizinlə paylaşmışdıq.

İndex.az xəbər verir ki, Michael Packard adlı bu dalğıc okeanın dərinliklərinə dalarkən birdən hər şeyin qaraldığını və sonra balinanın ağzında olduğunu anladığını bildirib. Xoşbəxtlikdən, balina dalğıcı ağzından ataraq, Packardın hadisədən bir neçə qançırla sağ qalmasına şərait yaranıb.

Bu hadisədən sonra nəhəng ölçülərə çata bilən balinaların insanları udmaq qabiliyyətinin olub olmadığı bir daha gündəmə gəlib. Balinaların mifologiyada insanları yeyə biləcək qədər böyük ağızları olduğu təsvir edildiyindən, bir çox insanlar balinaların insanları uda biləcəyini düşünürdülər, lakin bu heç də belə deyil. Bəs necə olur ki, nəhəng balinalar insanları uda bilmirlər?

Nəhəng balina ilə insanı udmaq qabiliyyətinin olmaması arasındakı ziddiyyəti daha da aydınlaşdırmaq üçün əvvəlcə balinaların çata biləcəyi ölçülərə nəzər salaq. Heç vaxt öz gözlərinizlə bir balina görməmisinizsə, onların nə qədər böyük olduğunu başa düşmək bir az çətin ola bilər.

Əksər heyvanlar kimi balinalar da öz aralarında növlərə bölünürlər. Mavi balinalar onların arasında ən nəhəng balinalar kimi təsvir edilir və uzunluğu təxminən 30 metrə və çəkisi 150 tona çata bilir. Təkcə onların dilinin çəkisi yetkin bir filin çəkisinə bərabər ola bilər.

Michael Packard adlı balıqçını udmağa çalışan donqar balina mavi balina qədər nəhəng olmasa da, ölçüsü ilə göz oxşaya bilir.

Donqar balinaların orta ömrü 40-50 ildir və çəkisi 30 tona, uzunluğu isə 14-16 metrə çata bilər.

Məşhur inancın əksinə olaraq, donqar balinalar insanları yeyə bilməz.

Əslində, balinaların mədələrində insanlar üçün kifayət qədər yer var. Əslində, mavi balinaların mədələri içərisinə onlarla insan sığdıra bilən miniven ölçüsündədir. Bununla belə, balinaların boğazları heç bir insanı, uşağı və ya böyükləri uda biləcək qədər böyük deyil. Balinanın boğazına ancaq insan qolu sığar, ona görə də balinaların bizi yeməsi üçün ilk növbədə insanları qoparacaq dişlərə sahib olmalıdırlar.

Nə mavi, nə də donqar balinaların bizi parçalayacaq qədər güclü dişləri yoxdur. Onlar əsasən dəniz dibində olan xərçəngkimilər və onurğasız dəniz canlıları ilə qidalanırlar. Yəni nə qədim zamanlarda, nə də bu gün insanlar balinaların yeməkləri arasında olmayıblar.

İngiltərədəki Balina və Delfinləri Qoruma Mərkəzində çalışan Nicola Hodgins, Packardın balinanın mədəsinə enməsinin qeyri-mümkün olduğunu, bədbəxt dalğıcın balinanın ağzında ikən qaranlıqdan dolayı səhv etdiyini bildirir. Hadisəni həm balina, həm də dalğıc üçün son dərəcə travmatik olaraq xarakterizə edən Hodgins, dalğıcın sadəcə olaraq yanlış zamanda yanlış yerdə olduğunu deyir.

Əslində, Michael Packardın başına gələnlər tarixdə ilk dəfə deyil. 2020-ci ildə okeanda xizək sürən qrupdan bir şəxs özünü donqar balinanın ağzında tapıb. Alimlər bildirirlər ki, insanların balinanın ağzında qalması sadəcə uğursuz bir qəzadır.

Buna səbəb bizim balinaların yeməyində iştirak etməməyimizdir. Əvvəllər insan yemək təcrübəsi olmayan balinalar, təbii olaraq, insanları şikar kimi görmürlər. Eynilə Michael Packardın yaşadığı hadisədə olduğu kimi, ağzında insan olduğunu dərk edən balinalar alışmadıqları üçün ağızlarında olanı atmağa çalışırlar.

İndiyə qədər balinaların boğazları kiçik və dişləri olmadığı üçün insanları uda bilməyəcəyini bildirdik. Əslində bu xüsusiyyət bütün balinalara aid deyil. Kiçik ölçüləri ilə tanınan kaşalot balinalarının ağızlarında iti dişlərin olması onların insanları parçalamaq gücünə malik olduğunu göstərir. Eyni zamanda kaşalot balinaları insana sığacaq boğazı olan yeganə balina növüdür.

Əgər kaşalot balinaları okeanın ən dərin dərinliklərində yaşamasaydı, bəşəriyyət üçün kiçik bir təhlükə yarada bilərdi. Bununla belə, elm adamları okeanda hər hansı bir insanın kaşalot balinası ilə qarşılaşma şansının milyonda bir olduğunu bildirir, çünki bu balinalar okeanın 10 min fut (təxminən 3 min kilometr) dərinliyində yaşayırlar.