Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

İndex.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirin geri çağırılmasına səbəb Rusiyayönlü qrupun Sosial Demokrat Partiyasının (SPD) resurslarına kiberhücumda ittiham olunması ilə bağlıdır.

Qeyd edək ki, mayın 3-də Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini SPD idarə heyəti üzvlərinin elektron poçt hesablarının sındırılması iddiası ilə bağlı çağırıb.