
Bu ilin yanvar-fevral aylarında “AzerGold” QSC 21,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart buraxılışında qeyd olunub.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon ABŞ dolları və ya 5,1 dəfə çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında “AzerGold”un ixrac gəlirləri 4,2 min ABŞ dolları təşkil edir.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.