Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 53,2 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 6 % çoxdur.
Bu ilin noyabr ayında Azərbaycan 10,6 milyon ABŞ dolları dəyərində alma ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 17,8 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.