Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 155,4 milyon ABŞ dolları dəyərində pomidor (tomat) ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon ABŞ dolları və ya 10,6 % çoxdur.
Bu ilin noyabr ayında Azərbaycan 13,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 6,94 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.