Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək

Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı ölkə hakimiyyətinin qanunvericilik təşəbbüsünü araşdırmaq niyyətindədir.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.

“Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik”, – o bildirib.