ARDNF investisiya portfelində hansı ölkələrin payını endirib?

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Şimal Amerika ölkələrinin payı 33,1 % təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 3,8 faiz bəndi azdır.

İndex.az Fonda istinadən xəbər verir ki, əvəzində investisiya portfelində Avropa ölkələrinin payı 28,5 %-dən 30,1 %-ə, Avstraliya və Yeni Zelandiyanın payı 0,6 %-dən 0,7 %-ə çatıb, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 14,6 %-dən 10,8 %-ə düşüb.

Hesabat dövründə Yaxın Şərq regionunun payı dəyişməyərək 0,3 %, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.

Ümumilikdə ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 67 %-dən 66,2 %-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 14,1 %-dən 9 %-ə, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,9 %-dən 7,1 %-ə düşüb, qızılın payı isə 11 %-dən 17,7 %-ə qalxıb.