ABŞ-ın texnologiya nəhəngi “Apple” İngiltərədə böyük ittihamla üzləşib.
İndex.az xəbər verir ki, istehlakçı hüquqları qrupunun açdığı iddiaya görə, “Apple” müştərilərini “iCloud”da tələyə salaraq onları “aldadır”.
Araşdırmalara görə, Böyük Britaniyada təxminən 40 milyon “iCloud” abunəçisi var. Bu abunəçilər ehtiyaclarına uyğun paketlər alır və bulud yaddaşına malikdirlər. İddiaya görə, “Apple” həm haqsız qazanc əldə edirdi, həm də müştəriləri “iCloud”a məhdudlaşdırmaqla rəqabətə zidd davranırdı.
“Apple” sözçüsü iddia ilə bağlı açıqlama verib və bütün ittihamları rədd edib. Heç bir istehlakçının “iCloud”u almaq məcburiyyətində olmadığını deyən sözçü, “Apple”in üçüncü tərəf bulud həlləri üçün dəstək verdiyini xatırladıb.
Bununla belə, əgər iddia sübut olunsa, “Apple” 3 milyard funt sterlinq cərimələnə bilər.