Aİ Türkiyədən “Şengen” vizası üçün edilən müraciətləri niyə rədd edir?

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anita Hipper gündəlik mətbuat konfransında Türkiyədən edilən “Şengen” vizası müraciətlərinin rədd nisbətinin artmasının səbəbləri ilə bağlı sualı cavablandırıb.

İndex.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Anita Hipper bildirib ki, Türkiyədən “Şengen” vizası üçün müraciətlərin rədd nisbətinin artması təkcə Türkiyəyə xas deyil:

“Açığını deyim ki, Türkiyə ilə bağlı bu mənada xüsusi bir vəziyyət yoxdur. Bu günlərdə tələbat yenidən artır. Bu, bəzən viza prosedurlarına təsir edə bilər. Ancaq təkrar etmək istərdim ki, bu, Türkiyə üçün unikal vəziyyət deyil”.