Aİ qurumlarının məlumatlarına görə, Aİ müharibənin başladığı 2022-ci ilin fevral ayında Rusiyadan 21,4 milyard avro idxal edib və 7,6 milyard avro ixrac edib. Bununla belə, Aİ 2022-ci il ərzində enerji məhsullarının, xüsusən də təbii qazın qiymətlərinin artması səbəbindən Rusiyaya çox yüksək qiymət ödəyib.
İndex.az xəbər verir ki, Aİ-nin Rusiyadan idxalı 2023-cü ilin mart ayında 22,2 milyard avroya çatdıqdan sonra, 2023-cü ilin sentyabrında Aİ-nin Rusiyadan idxalı 3,1 milyard avroya qədər azalıb.
Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Rusiyadan idxalı 86% azalıb.
Müharibədən sonrakı dövrdə Rusiyanın Aİ-dən idxalı 2,7 milyard avroya qədər azalıb.