Norveç uçot dərəcəsini artırıb

Norveç Mərkəzi Bankı uçot dərəcələrini artırıb.

İndex.az xəbər verir ki, Norveç Mərkəzi Bankı (NMB) gözləntilərə uyğun olaraq uçot dərəcələrini 25 baza bəndi artıraraq 3,25%-ə çatdırıb.

NMB-nın qubernatoru Ida Uolden Beyk bildirib ki, Norveç kronu gözləniləndən daha zəif olsa, yenidən faiz artımına ehtiyac ola bilər.

Borclanma xərclərini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldıran Norveç Mərkəzi Bankı, kronun zəifləməsi inflyasiyanı gücləndirdiyi üçün daha da sərtləşdirmənin aparılacağına işarə etdi.