Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə İstehsalçı Qiymətləri İndeksi (İQİ) məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Avrozonada İQİ mart ayında ötən ilin mart ayı ilə müqayisədə 5,9% artsa da, fevral ayına nəzərən 1,5% azalıb.
Bununlada İQİ Avrozonada ardıcıl olaraq 6-cı ayda da enişini davam etdirib.
Aİ-da isə mart ayında İQİ fevral ayı ilə müqayisədə 1,5% azalarkən, 2022-ci ilin mart ayına görə 7% artıb.