ABŞ və Ukrayna iddia edilən kibercinayətkarlıq əlaqəsinə görə 9 kriptovalyuta birjasının domen adlarını ələ keçirib.
İndex.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Ukrayna polisi 9 kriptovalyuta birjasını bağlamaq və domen adlarını müsadirə etmək üçün hərəkətə keçib.
Həmin kriptovalyuta birjalarının lisenziyasız fəaliyyət göstərdiyi bildirilib.
Bununla yanaşı birjalarda fırıldaqçılar və kibercinayətkarların fəaliyyət göstərdiyi qeyd edilib.
24xbtc.com, 100btc.pro, Pridechange.com, Trust-Exchange.org və Bitcoin24.exchange bağlanan internet saytları arasındadır.