Rusiyada avtomobil satışları 170% artıb

Rusiyada sanksiyaların təsirinə məruz qalan avtomobil sektorunda canlanma var.

İndex.az xəbər verir ki, Rusiyada yeni avtomobil satışları aprel ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 170% artaraq 75 min 600-ə çatıb.

Avtomobil satışları aprel ayında mart ayına nəzərən isə 8% artım göstərib.

Avtomobil satışlarında ən böyük hissəsi “Lada” şirkətinin payına düşüb. İkinci yerdə Çinin “Chery” şirkəti qərarlaşır.

Qeyd edək ki, bir çox qlobal avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlamışdı.