“Arsenal” – “Sürix” oyununa 11.55 əmsallıq PROQNOZ

Bu gecə “Arsenal” Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində doğma “Emirates” stadionunda İsveçrənin “Sürix” klubunu qəbul edəcək. Bu dueldən kim qalib çıxacaq? Bunun cavabını proqnozumuzda tapa bilərsiniz.

 

ARSENAL

 

Başgicəlləndirici startdan sonra “Arsenal” sanki sürəti azaldıb. Mövsümün ilk uğursuzluğu Eyndhovendə baş tutdu. PSV “Arsenal” “soyuq duş” effekti yaradan məğlubiyyət (0:2) yaşatdı. Hərçənd, bu, turnir cədvəlinə sirayət etmədi. Lakin teoretik olaraq hollandlara qrupdan ilk yerdən çıxmaq üçün şanslar buraxdı. Beş oyundan sonra “topçular”ın aktivində 12 xal var. Avroliqada hələlik “Arsenal”ın hücum xətti o qədər də yaxşı təsir bağışlamır. “Kanonirlər” cəmi 7 dəfə fərqlənə bilib.

İngiltərə Premyer Liqasında londonlular 12 turdan sonra aktivlərinə 31 xal yazdıra bilib və turnir cədvəlinə liderlik edir. Son turda “topçular” “Nottingem Forrest”ə heç bir şans buraxmadı – 5:0.

İtkilər: Zinçenko, Törner, Saka, Caka, Smit-Rou, Elneni

 

SÜRİX

 

Hellouin keçsə də İsveçrənin son çempionu dəhşətli hadisələr yaşamağa davam edir. İnanılmaz olsa da, Sürix təmsilçisi İsveçrə Superliqasında sonuncu yerdə qərarlaşıb. Bu yaxında baş məşqçi təyin olunan Bo Henriksenin gözü önündə klub PSV-yə 0:5 hesabı ilə uduzdu. Lakin ardınca “Sürix” “Bodoe Glimt” üzərində 2:1 hesablı qələbə qazandı. “Sion” üzərindəki 1:0 hesablı qələbə isə kluba özünəinamı qaytardı.

İtkilər: Kriezu, Rayxmut, Zauter

 

PROQNOZ

 

Son turdakı məğlubiyyətdən sonra “Arsenal” mütləq şəkildə qələbə qazanmalıdır. “Sürix”in özünə gəlməsinə baxmayaraq, “kanonirlər” İsveçrə təmsilçisindən azı bir baş üstündür. “Emirates” tribunalarından gələcək dəstəyi və təcrübəni də nəzərə alsaq, “Sürix”in heç bir şansı yoxdur.

İlk proqnozumuz: “Arsenal” azı 2 top fərqi ilə udacaq – 2.28

 

Düşünürük ki, publika açıq, sürətli və bol qollu bir matç izləyəcək. Xatırladaq ki, komandalar arasında keçirilən son görüşdə 3 qol vurulmuşdu.

İkinci mərcimiz: 3.5 ÜST – 2.12

 

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 2:1 – 11.55

 

Hər iki hissədə qol vuracaq – 1.98

 

Künc zərbələri: 9.5 ALT – 1.88