“Yuventus” – “Empoli”: 12 əmsallıq proqnoz

Bu gün 22:45-də start götürəcək “Yuventus” – “Empoli” matçına analiz və proqnoz!

Son oyunda “Yuventus” “Empoli”yə uduzub. Bu gün də sensasiya olacaqmı?

“YUVENTUS”

 

“Yuventus” mövsümə bərbad start görürüb. Massimiliano Alleqrinin kollektivi faktiki olaraq çempionluqdan əlini üzüb. Hazırda “Qoca sinyora” 8-ci yerdə gedir və lider olan “Napoli”dən 10 xal geri qalır. Liderə çatmaq riyazi olaraq mümkündür, amma inandırıcı deyil – rəqabət çox güclüdür. İlk “dördlüy”ə çatmaq da çətin görünür – “Roma” 6 xal qabaqdadır.

 

Çempionlar Liqasında da vəziyyət eynidir. “Yuve” özünü dalana salıb. ÇL-də 4 turdan sonra “Qoca sinyora” qrupda cəmi 3 xal yığıb və PSJ ilə “Benfika”dan 5 xal geri qalır.

 

“EMPOLİ”

 

“Empoli” çempionatın startında pis təsir bağışlamır, hərçənd, bəzi problemləri açıq-aşkar idi. Paolo Zanettinin komandasının o qədər də böyük məqsədləri yoxdur və yalnız “A Seriyası”nda qalmağı hədəfləyir. “Adzurri” 11 xalla 10-cu yerdə qərarlaşıb və 18-ci yerdəki “Verona”nı 6 xal qabaqlayır.

 

Son turda “Empoli” “Monza” üzərində vacib qələbə əldə etdi. Nikolas Haasın oyundakı yeganə qolu ardıcıl 2 oyunluq məğlubiyyət seriyasına son qoydu. Maraqlıdır ki, “Empoli” həmin gün bu mövsümdə ilk dəfə olaraq öz meydanında qalib gələ bildi.

 

PROQNOZ

“Yuve” son turda derbidə “Torino” üzərində qələbə qazandı və “Milan”, “Makkabi” ilə oyunlardakı məğlubiyyətlərdən sonra fanatları qarşısında reabilitasiya olundu. Bu gün “Qova sinyora”, şübhəsiz, qələbəyə oynayacaq, çünki ev sahibinin artıq səhv buraxmağa ixtiyarı yoxdur. Böyük ehtimalla, oyun səviyyəsi və təcrübə öz sözünü deyəcək. Hesab edirik ki, qonaqların şansı yoxdur.

 

Bizim proqnozumuz – “Yuventus” qələbə qazanacaq. Misli.az-da “Yuventus”un qələbəbəsi 1.42 əmsalla, Etopaz-da isə 1.35 əmsalla dəyərləndirilir.

 

Məsələyə başqa tərəfdən yanaşsaq, son turda “Torino” ilə oyunda “Yuve” qələbə qazansa da, o qədər də ürəkaçan oyun göstərmədi. Tərkar edirik, böyük ehtimalla, bu gün də “Yuve” sırf təcrübə və oyun səviyyəsi hesabına 3 xalı götürə bilər. Nəzərə almaq lazımdır ki, “Empoli” komanda olaraq pik formada deyil və sensasiya edəcəyi inandırıcı gəlmir.

 

Beləliklə, ikinci proqnozumuz – “Yuventus” azı 1 top fərqi ilə udacaq. Riski sevənlər “Yuventus”un iki top fərqi ilə qələbəsinə oynaya bilər. Etopaz-da bu əmsal 3.75, Misli.az-da isə qapalıdır.

 

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 3:1  Əmsal – 12.00

 

Son 4 oyundan 2-ni “Empoli” məhz bu hesabla uduzub.

 

“Yuventus” hər 2 taymda qol vuracaq. Əmsal – 2.25

 

“Yuve”nin son 2 ev oyununda bu proqnoz özünü doğruldub.

 

“Empoli” 2-ci taymda qol vuracaq. Əmsal – 2.70

 

Son 3 səfər oyununda “Empoli” bu ssenari üzrə gedib.