Rusiyalı iş adamı məşhur futbol klubunu satır

İngiltərənin “Bornmut” klubunun sahibi dəyişir.

Apasport.az bildirir ki, rusiyalı biznesmen Maksim Dyomin Premyer Liqa təmsilçisini satmağa yaxındır.

Klubu ABŞ milyarderi Bill Fouli alacaq. Bu alqı-satqının 120 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Dyomin 2011-ci ildən “Bornmut”un sahibidir.