Bakı metroplitenin keçmiş işçisi olduğunu iddia edən Sevil Xanbabayeva sosial şəbəkələrdə metro işçiləri ilə bağlı açıqlamalar verib.
S.Xanbabayeva iddia edib ki, o metronun “Ulduz” stansiyasında xadimə kimi çalışıb və işindən azad edilib.
Xanım daha sonra əlavə edib ki, sözügedən qurumda 10 işçidən 9-u Rafael adlı şəxsin üç milyonluq bağına işləməyə göndərilir.
Daha sonra S.Xanbabayeva metronun əxlaqsız yuvasına çevrildiyini iddia edib.
Məsələ ilə bağlı Bakı metropoliteninin sözcüsü Bəxtiyar Məmmədov bildirib ki, xanımın iddiaları əsassızdır.
Daha ətraflı Baku TV-nin süjetində: