“Bank of Baku” işçilər axtarır – VAKANSİYALAR

Məhkəmə işləri şöbəsinin hüquqşünası (Lənkəran filialı)

Son tarix 21 okt 2022 – [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
  • Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
  • Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək

Tələblər:

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • İş yeri: Lənkəran filialı
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə (https://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/)  onlayn CV formalarını doldura; CV-ləri  subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası (Lənkəran) qeyd etməklə [email protected] mail ünvanına göndərə; həmçinin öz CV formalarını Lənkəran filialına təqdim edə bilərlər.

 

Qərarların İcrası şöbəsinin eksperti (Gəncə filialı)

Son tarix 21 okt 2022  – [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: tələb olunmur
  • Azərbaycan dili: əla
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

İş şərtləri:

  • Bank of Baku ASC, Gəncə filialı.
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Qərarların İcrası şöbəsinin eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.