Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərib.
Index.az xəbər verir ki, o, görüntüdə azərbaycanca danışıb. O bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib.
Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.
Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.