Azərbaycanda bu ilin əvvəlinə aid olan məlumata əsasən, yaşı 15-dən yuxarı olan əhalinin 97,4 faizi təhsillidir.
Index.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə təhsilli insanların xüsusi çəkisi dəyişməyib, amma 2000-ci illə müqayisədə təhsil səviyyəsi yüksəlib. Belə ki, 21 il əvvəl yetkinlik yaşda olan insanların 93,9 faizi təhsilli idi.
Təhsil alanların çox hissəsini tam orta təhsilli insanlar təşkil edir. Təhsilli vətəndaşların 62,5 faizi tam orta təhsilli insanlardan ibarətdir.
Digər təhsillilərin 14 faizini ali təhsillilər, 12,3 faizini ümumi orta təhsillilər, 8,6 faizini orta ixtisas təhsillilər təşkil edir.