Bu ilin əvvəlindən bəri Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarının 77%-də təklif tələbi üstələyib.
İndex.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
“Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir edib. AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606,7 milyon ABŞ dolları, o cümlədən aprel-avqust aylarında 473,8 milyon dollar olub”, – deyə məlumatda qeyd olunub.