Cari əməliyyatlar balansının qalığı 6 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 10 330,9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 13 022,4 milyon dollarlıq qalıq (3,7 dəfə çox), xidmətlər balansındakı 1 331,7 milyon dollarlıq kəsir (2,4% çox), ilkin gəlirləri balansındakı 2 653,5 milyon dollarlıq kəsir (4,8 dəfə çox) və təkrar gəlirlər balansındakı 1 293,7 milyon dollarlıq qalıq (5,9% çox) hesabına formalaşıb.