“Şərur MTK” məhkəməyə verildi

“Mars Overseas Baku LTD” MMC “Şərur” Mənzil-Tikinti Koopeativi ilə bağlı məhkəməyə müraciət edib.

İndex.az xəbər verir ki, “Mars Overseas Baku LTD” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır, işə baxan hakim Leyla Əliyevadır.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.

Onu da bildirək ki, 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundovdur.