İnsan Resursları üzrə koordinator
Son tarix 12 okt 2022 – [email protected]
Vəzifə öhdəlikləri:
- Kadr ehtiyaclarını təyin etmək üçün işə qəbul üzrə rəhbərlik ilə əməkdaşlıq etmək
- CV-lərin toplanması və ilkin dəyərləndirmənin aparılması
- Namizədlərlə şəxsi və telefon vasitəsilə müsahibələrin aparılması
- Şirkət üzrə müvafiq qiymətləndirmələrinin tətbiq olunması
- Müsahibə proseslərinin gedişatının izlənilməsi
- Kadrlarla bağlı hədəflərin əldə olunduğundan əmin olmaq üçün daxili və xarici müştərilərlə münasibətləri davam etdirmək
- Aktiv vakansiya sayını nəzarətdə saxlamaq
- Sahə üzrə məşğulluq nümayəndəlikləri ilə əlaqələrin yaradılması
- İşçilərin işdən çıxarılması zamanı çıxış müsahibələrin aparılması
- Kadr qəbulu və əmək münasibətlərinin sona yetməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi
- Məzüniyyət, xəstəlik və işçinin vəzifəsinin qaldırılması ilə əlaqədar sənədlərin hazirlanması
- Müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması
- İşçi ərizələrinin qəbulu və yönəldilməsi
- ƏMAS və e-sosial üzərindən bütün əmək münasibətləri əməliyyatlarının həyata keçirilməsi
- Mütəmadi olaraq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İşçilərin giriş-çıxış vaxtlarına nəzarətin edilməsi
Namizədə dair tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 2 il təcrübə.
- Əmək qanunvericiliyi üzrə biliklər;
- Yüksək səviyyəli ünsiyyət bacarıqları;
- Microsoft Office proqramları ilə işləmə bacarığı
- Aktiv, işinə məsuliyyətli
- Analitik düşüncə qabiliyyəti
Maraqlanan namizədlər email ünvanına “ İnsan Resursları üzrə koordinator” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.