“Azəriqaz” bu ilin sonuna qədər 7 kənd və 3 yaşayış massivini qazlaşdıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi builki qazlaşdırma proqramına uyğun olaraq 69 kəndin və 62 yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi işlərini davam etdirir.

İndex.az xəbər verir ki, bunu qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Artıq 3 kəndə və 9 yaşayış massivinə qaz verilib.40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 17 yaşayış massivində qazlaşma işləri istismara qəbul prosesindədir. Bundan sonra bu ilin sonuna qədər 7 kənd və 3 yaşayış massivində qazlaşma işlərinin aparılması gözlənilir”, – o deyib.