18 tondan artıq qənnadı məmulatı məhv edilib

“N.A.N.T” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, ümumi çəkisi 18 440 kq qənnadı məmulatları “Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

İndex.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumata əsasən, məhv edilmiş qənnadı məmulatları istehlaka yararsız olub və onların istifadə müddəti bitib.