Sabiq Baş prokuror Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb.
İndex.az xəbər verir ki, məsələ ilə bağlı Z.Qaralovun ailə üzvü Manset.az-a açıqlama verərək bildirib ki, “sabiq Baş prokuror hazırda Türkiyədədir. O, bir müddətdir ki, ailəsi ilə birlikdə qardaş ölkədə istirahət edir. Onun ölkədən çıxışına “Stop” qoyulmayıb. Bu məlumatlar yanlışdır.”
Xatırladaq ki, Baş Prokurorluq Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.
Qeyd olunub ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir.