Təbii fəlakətlər ötən il ABŞ-yə 182,7 milyard dollar ziyan vurub

Ötən il ABŞ-yə təbii fəlakətlərdən dəyən zərər 182,7 milyard dollar təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Ətraf Mühit Məlumat Mərkəzlərinin hesabatında bildirilir.

Məlumata görə, 2024-cü ildə 27 hava və iqlim fəlakəti azı 1 milyard dollar zərərlə baş verib. Fəlakətlər təxminən 568 insan itkisi ilə nəticələnib ki, bu da son 45 ildə fəlakətlərin səkkizinci ən yüksək göstəricisidir. 2024-cü ilin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılmasının dəyəri təxminən 182,7 milyard dollar təşkil edib.

Hesabata əsasən, 2024-cü il 2017-ci (395,9 milyard dollar), 2005-ci (268,5 milyard dollar) və 2022-ci (183,6 milyard dollar) illərdən geri qalaraq, rekord göstəricilərə görə dördüncü olub.